• Bakı 19° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Azad edilmiş ərazilərdə daha 86 mina, 461 PHS aşkarlandı

CƏMİYYƏT

09 Dekabr 2024 | 14:17

Azad edilmiş ərazilərdə daha 86 mina, 461 PHS aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (02.12.2024 - 08.12.2024) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 57 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 461 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 768,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


    SON XƏBƏRLƏR

    23 Aprel 2025