• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Banqladeş XİN başçısı qadağaya görə Dəkkədən uça bilməyib

DÜNYA

06 Avqust 2024 | 19:35

Banqladeş XİN başçısı qadağaya görə Dəkkədən uça bilməyib

Banqladeşin istefa verən Baş naziri Şeyx Hasinanın hökumətində xarici işlər naziri olan Həsən Mahmud qadağaya görə Dəkkə hava limanından uça bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Banqladeşin “Daily Observer” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Banqladeş XİN başçısı Dəkkə hava limanında olarkən onun ölkədən xaricə uçması qadağan edilib. Mahmudun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatı hava limanındakı mənbələr də təsdiqləyib.

Daha əvvəl Banqladeşin poçt, telekommunikasiya və informasiya texnologiyaları üzrə keçmiş dövlət naziri Zunaid Əhməd Palakın Hindistana qaçmaq istəyərkən Dəkkə Beynəlxalq Hava Limanında saxlanıldığı xəbər verilmişdi.


SON XƏBƏRLƏR

06 Sentyabr 2024