• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Volvo" elektrikli avtomobil layihəsini dayandırdı

DÜNYA

05 Sentyabr 2024 | 16:55 | Müəllif: Gülşən Şərif

"Volvo" elektrikli avtomobil layihəsini dayandırdı

İsveç avtomobil istehsalçısı olan "Volvo Cars" 2030-cu ildə tam elektrikli avtomobillər satmaq məqsədindən imtina edib.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı şirkət açıqlama yayıb. 

Açıqlamaya görə, tam elektriklə işləyən avtomobillərin əvəzinə "plug-in" avtomobillərə, eləcə də bəzi hibrid mühərrikli avtomobillərə üstünlük veriləcək.

Baş direktor Jim Rovan bildirib ki, elektrikli nəqliyyat vasitələrinə keçid xətti olmayacaq.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026