• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Banqladeşdə fəlakət: Minlərlə insan xəstəliklərə yoluxdu

DÜNYA

27 Iyun 2024 | 17:51

Banqladeşdə fəlakət: Minlərlə insan xəstəliklərə yoluxdu

Banqladeşin Moulvibazar bölgəsində leysan yağışlar nəticəsində baş verən daşqınlar 1800-dən çox insanın çirkli suların yaratdığı xəstəliklərə tutulmasına səbəb olub.

Bakıvaxtı.az "Dhaka Tribune"ə istinadən xəbər verir ki, bu barədə Moulvibazar bölgəsindəki səhiyyə işçiləri açıqlama verib.

Səhiyyə işçilərinə görə, daşqın zonasında 1800-dən çox insan ishal və dəri xəstəlikləri daxil olmaqla, müxtəlif yoluxucu xəstəliklərdən əziyyət çəkir.

Xəstəliklərin yayılmasına baxmayaraq, ölüm faktı qeydə alınmayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024