• Bakı 25° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Rusiyanın bombardmançı təyyarəsi qəzaya uğradı

DÜNYA

27 Iyul 2024 | 16:51

Rusiyanın bombardmançı təyyarəsi qəzaya uğradı

Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsi Volqoqrad vilayətində qəzaya uğrayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Təyyarə boş əraziyə düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Yerdə dağıntı yoxdur", - məlumatda deyilir. 

Bildirilib ki, pilotlar sağ qalıblar. 

Təyyarənin qəzaya uğramasının ilkin səbəbini nazirlik texniki nasazlıq kimi müəyyən edib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024