Rusiya prezidenti Vladimir Putin Fələstin prezidenti Mahmud Abbası Kazanda keçiriləcək BRİKS sammitinə dəvət edib.
Bakvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Fələstinin Moskvadakı səfiri Abdel Hafiz Nofəl məlumat verib.
"Prezident Putin Mahmud Abbası oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak etməyə rəsmən dəvət edib", - deyə Fələstin Administrasiyasının nümayəndəsi bildirib.
Gülşən Şərif












