• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Yagi" qasırğası nəticəsində ölənlərin sayı 419-a çatıb

DÜNYA

25 Sentyabr 2024 | 14:27 | Müəllif: Əli Hüseynov

"Yagi" qasırğası nəticəsində ölənlərin sayı 419-a çatıb

Myanmada "Yagi" tayfununun yaratdığı şiddətli yağışlar nəticəsində meydana gələn sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayının 419-a yüksəldiyi açıqlanıb.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Sinxua agentliyinin məlumatına görə, Myanmadakı hərbi hökumətin inzibati orqanı olan Myanma Dövlət Administrasiya Şurası ölkədə baş verən daşqın və sürüşmələrlə bağlı açıqlama verib.

Açıqlamada “Yagi” qasırğasının törətdiyi hadisələrdə 419 nəfərin həyatını itirdiyi, 140 mindən çox insanın isə təbii fəlakətdən zərər çəkdiyi bildirilib.

Qeyd edilib ki, sel və sürüşmə nəticəsində 750 min dekardan çox kənd təsərrüfatı sahəsi zərər görüb.

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026