• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Hakan Fidan Afrika liderləri ilə görüşəcək

DÜNYA

25 Oktyabr 2024 | 13:48 | Müəllif: Gülşən Şərif

Hakan Fidan Afrika liderləri ilə görüşəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Cibutidə keçiriləcək Türkiyə-Afrika Tərəfdaşlığı Üçüncü İcmal Konfransında Afrika liderləri ilə ikitərəfli görüşlər keçirəcək. 

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazir noyabrın 2-3-də Cibutidə keçiriləcək Türkiyə-Afrika Tərəfdaşlığının Üçüncü Nazirlər İcmal Konfransında Türkiyəni təmsil edəcək.

Konfransda 14 Afrika İttifaqı (AfB) ölkəsindən nümayəndələr iştirak edəcək. Bu ölkələr Mavritaniya, Anqola, Konqo Respublikası, Qana, Komorlar İttifaqı, Cənubi Sudan, Çad, Cibuti, Ekvatorial Qvineya, Liviya, Nigeriya, Zimbabve, Zambiya və Misir olacaq. AU Komissiyası ilə birlikdə Birgə İcra Hesabatı hazırlanacaq. Türkiyənin 2022-2026-cı illər Birgə Fəaliyyət Planında göstərilən hədəflər ümumiləşdiriləcək və gələcək fəaliyyət planları təfərrüatlı şəkildə veriləcək. 

Konfrans 2026-cı ildə Afrikada keçirilməsi planlaşdırılan IV Türkiyə-Afrika Tərəfdaşlıq Sammitinə hazırlıq xarakteri daşıyacaq. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR