İndi Rusiya ilə sülh danışıqlarına başlamağın mənası yoxdur, çünki güclü ölkələr gələcək sazişlə bağlı hələ dəqiq mövqe formalaşdırmayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, danışıqlar masası arxasında yeni şərtlər irəli sürməkdənsə, Rusiya Prezidenti Vladimir Putini müharibəni bitirməyə məcbur edəcək birgə mövqe lazımdır.
"Güclü ölkələrin birgə mövqeyi olmadığı müddətcə dünyada ədalət də olmayacaq. Bu, sadəcə, vaxt uzadır. Ölkələr bir yerdə hərəkət etməlidirlər", - o deyə qeyd edib.