• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ukraynanın dəhşətli zərbəsi: Rus general, 18 zabit, 500 əsgər...

DÜNYA

24 Noyabr 2024 | 09:18 | Müəllif: Subhan Mahmudov

Ukraynanın dəhşətli zərbəsi: Rus general, 18 zabit, 500 əsgər...

Ukrayna Silahlı Qüvvələri Britaniya istehsalı olan “Storm Shadow” (Fırtına kölgəsi) uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərindəki hədəflərə endirdiyi ilk zərbə ilə bağlı sensasion iddia yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Global Defense Corp” portalı Britaniya raketləri ilə Ukrayna ordusunun Kursk vilayətinin Marino kəndində yüksək rütbəli komandirlərin də olduğu yeraltı komanda məntəqəsini darmadağın etdiyini bildirib.

İddiaya görə, bu hücum nəticəsində rusiyalı general-leytenant Valeri Solodçuk, Rusiya ordusunun 18 zabiti, həmçinin Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya gələn Şimali Koreyanın 500 əsgəri ölüb.

Bundan əlavə, 33 rus, iki koreyalı əsgər, bir qadın tərcüməçi yaralanıb./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026