• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan Putinlə müzakirə etdiyi məsələləri açıqladı

DÜNYA

25 Oktyabr 2024 | 12:50

Ərdoğan Putinlə müzakirə etdiyi məsələləri açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda Rusiya lideri Vladimir Putinlə danışıqlar zamanı taxıl dəhlizinin bərpası, Ukrayna münaqişəsində əsir mübadiləsi və Qara dənizdə minatəmizləmə məsələlərini müzakirə edib.

Bakıvaxtı.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Ərdoğan bildirib.

“Hazırda əsirlərin mübadiləsi ilə bağlı addımları diqqətlə izləyirik və mövcud problemlərin diplomatik yolla həlli üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik”, - deyə Türkiyə lideri qeyd edib. 

Xatırladaq ki, tərəflər arasında görüş Kazanda BRICS sammiti çərçivəsində oktyabrın 23-də baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026