İndoneziya BRİKS-ə qoşulmaq niyyətindədir.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu, İndoneziya Xarici İşlər Nazirliyini bəyanatında yer alıb.
XİN-in bəyanatında qeyd olunub ki, assosiasiyaya qoşulmaq İndoneziyanın tərəf seçməsi demək deyil. Əksinə, ölkə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əlaqə mövqeyini gücləndirir.
İndoneziya həmçinin G20 və G7 daxil olmaqla, müxtəlif forumlarda fəal iştirak etməyə davam edəcək.
Gülşən Şərif
















