Sudanın şərqində leysan səbəbindən bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Qırmızı dənizin yaxınlığında yerləşən Port Sudan şəhəri üçün əsas şirin su mənbəyi olan Arbaat su bəndi uçub. Hadisə nəticəsində ən azı 60 nəfər ölüb. Cox sayda insanın itkin düşdüyü deyilir.
Sel evləri dağıdıb, axın nəqliyyat vasitələrini aparıb və vətəndaşları hündür yerlərə qaçmağa vadar edib.
















