• Bakı 18° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Barəsində həbs qətimkan tədbiri seçilən şəxs vəfat etdi

HADİSƏ

03 Fevral 2023 | 13:33

Barəsində həbs qətimkan tədbiri seçilən şəxs vəfat etdi

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilən təqsirləndirilən şəxs vəfat edib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) maddəsi ilə təqsirləndirilən 1994-cü il il təvəllüdlü Təbriz Şəfiyev istintaq təcridxanasına aparılarkən narkotik vasitələrin aludəçisi olduğundan səhhəti qəfil pisləşdiyi üçün ona ilkin tibbi yardım göstərilib. Bütün tibbi müdaxilələrə baxmayaraq, o xəstəxanaya aparılarkən ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

03 May 2024