• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakıda PARTLAYIŞ: Ölən və yaralanan var - YENİLƏNİB

HADİSƏ

04 Mart 2023 | 15:44 | Müəllif: Subhan Mahmudov

Bakıda PARTLAYIŞ: Ölən və yaralanan var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi təkərdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən təkər təmiri sexində partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xə Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 32 m² olan təkər təmiri sexində kustar üsulla hazırlanmış hava kompressorunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub. Partlayış dalğasının təsirindən sexin dam örtüyü dağılıb. Sexdə işləyən 1 nəfər aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində həlak olub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

***15:31

TƏBİB təkərdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.

Qurumdan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisə ilə bağlı saat 10:12 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Xəsarət alan bir nəfər TƏBİB-in tabeliyindəki Respublika Klinik Xəstəxanasına təxliyə edilib.

Ona ilkin tibbi yardım göstərilib. Daha sonra müayinələrdən imtina etdiyi üçün ambulator müalicə üçün evə buraxılıb.

***15:18

Martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisənin hava təzyiqi ilə işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***14:42

Bakının Binəqədi rayonunda təkərdoldurma məntəqəsində partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Binəqədi şosesində qeydə alınıb.

Belə ki, qaz balonunun partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR