• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Plastik cərrahların sənədləri fərdi qaydada yoxlanılır - BİRGƏ MÜRACİƏT

CƏMİYYƏT

06 Fevral 2025 | 12:02

Plastik cərrahların sənədləri fərdi qaydada yoxlanılır - BİRGƏ MÜRACİƏT

Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə müraciət edib.

Baş Prokurorluqdan Bakıvaxtı.az-a verilən məlumata görə, müraciətdə deyilir:

Son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır.

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.

Bu məqsədlə, Səhiyyə Nazirliyində Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Hazırda Xüsusi Təftiş Komissiyası təqdim olunan sənədlərin fərdi qaydada yoxlanılmasını aparır.

Komissiya işini yekunlaşdırdıqdan sonra qəbul edilən qərar barədə ətraflı məlumat veriləcək. İctimaiyyət üçün həssas olan məsələyə məsuliyyətli yanaşmağı, Komissiyanın işinin nəticələrini gözləməyi tövsiyə edir və bu mövzuya diqqətli yanaşmağa çağırırıq.


SON XƏBƏRLƏR

11 Mart 2025