• Bakı 16° C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Başına beş milyon dollar qoyulan İŞİD komandiri məhv edilib - FOTO

DÜNYA

30 Aprel 2024 | 21:48

Başına beş milyon dollar qoyulan İŞİD komandiri məhv edilib - FOTO

İŞİD-in səhra komandiri “Hiqqo” ləqəbli Əbu Huzeyfə məhv edilib.

Bakıvaxtı.az xəbər veeir ki, bu barədə ötən il Mali hakimiyyəti ilə yaxınlaşmağa doğru irəliləyən “Azavadın Xilas Hərəkatı” hərbi-siyasi qrupunun rəhbəri Musa Ağ Aşaratuman elan edib.

Onun sözlərinə görə, terrorçu hökumət qüvvələri tərəfindən bir gün əvvəl Qao bölgəsinin Menaka rayonunda antiterror əməliyyatı zamanı öldürülüb.

Qeyd edək ki, terrorçu 2018-ci ildə Tonqo-Tonqoda Niger-ABŞ patruluna hücumda iştirak etməklə tanınır. “Hiqqo” daha sonra ABŞ-li hərbçilərdən ələ keçirilən silahlarla pozalar verib. ABŞ Dövlət Departamenti terrorçunun yeri barədə məlumat verənə beş milyon dollar mükafat elan etmişdi.


SON XƏBƏRLƏR