• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Baydendən qaradərili seçicilərə: "Trampa qalib gəlməyinizə ehtiyacım var"

DÜNYA

30 May 2024 | 17:44 | Müəllif: Gülşən Şərif

Baydendən qaradərili seçicilərə: "Trampa qalib gəlməyinizə ehtiyacım var"

ABŞ prezidenti Co Bayden Filadelfiyada keçirdiyi görüşdə qaradərili vətəndaşlarına müraciət edib. 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden və onun müavini Kamala Harris ölkənin şimal-şərqində yerləşən Filadelfiyada qaradərili seçiciləri səfərbər etmək məqsədi ilə "Qara Seçicilər Bayden-Harris üçün" yürüşündə iştirak ediblər.

Bayden qaradərili vətəndaşların dəstəyi olmadan noyabrda keçiriləcək seçkilərdə yenidən qalib gəlməsinin mümkün olmayacağını bəyan edib.

"Qara amerikalılar, mənə səs verdiyiniz üçün Donald Tramp məğlub olmuş keçmiş prezident oldu. Sizin səslərinizlə 2024-cü ildə Donald Trampı yenidən uduzan tərəfə çevirəcəyik. Sizin səsinizə ehtiyacım var" - deyə Bayden qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026