• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Bayden demokratiya fondu yaradır

DÜNYA

30 Mart 2023 | 15:11

Bayden demokratiya fondu yaradır

Bayden Demokratiya Sammitini bütün dünyada demokratiya proqramları üçün 690 milyon dollar yeni maliyyə vədi ilə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, dünya liderlərinə onlayn müraciət edən Bayden demokratiyanın gücləndirilməsinin "zamanın müəyyənedici çağırışı" olduğunu söyləyib.

Onun prioritetlərindən birinin texnologiyanın demokratik hakimiyyəti sarsıtmaq deyil, inkişaf etdirmək üçün istifadə olunmasının təmin edilməsi olacağını deyən ABŞ prezidenti administrasiyasının hökumət qurumları tərəfindən kommersiya casus proqramlarından istifadəni məhdudlaşdırmaq üçün keçən həftə atdığı addımı vurğulayıb.

"ABŞ vergi ödəyicilərinin dollarları insan hüquqları pozuntularını azaltmaq üçün məhsullarını satmaq istəyən şirkətləri dəstəkləməməlidir. Dünyada avtokratiyalar güclənmir, zəifləyirlər", - deyə Bayden bildirib.

Ay Tac


SON XƏBƏRLƏR