• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Ərəb kosmonavt bu addımına görə tarixə düşdü

DÜNYA

29 Aprel 2023 | 10:45

Ərəb kosmonavt bu addımına görə tarixə düşdü

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) astronavtı Sultan Əl Neyadi kosmos tarixinə düşüb. Əl Neyadi kosmosa çıxan ilk ərəb astronavtı olub. 

Bakıvaxtı.az xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyanın (BKS) modulundan çıxan Sultan Əl Neyadi NASA astronavtı Stiv Bouenlə birlikdə gəzintiyə çıxıb. Gəzinti zamanı iki astronavt ISS-in generatorlarını gücləndirmək üçün çalışıblar. Birləşmiş Ərəb Əmirliklərinin astronavtı Əl Neyadinin kosmosa çıxması 30 dəqiqə çəkib. Sultan Əl Neyadi mart ayında ISS-də xidmətə başlayıb.

Adına görə "Kosmosun sultanı" kimi tanınan Əl Neyadi 6 ay ISS-də qalacaq. O, həm də kosmosda olan ən uzun ərəb astronavtı kimi tarixə düşəcək. Birləşmiş Ərəb Əmirliklərindən kosmosa gedən ikinci şəxs Əl Neyadi də Ramazan bayramı münasibətilə təbrik mesajı paylaşıb.

41 yaşlı Sultan Əl Neyadi kosmosda olduğu müddətdə cazibə qüvvəsinin insan orqanizminə təsiri ilə bağlı araşdırma aparacaq. İngiltərədə elektronika və rabitə mühəndisliyi təhsili alan Əl Neyadi 20 il Birləşmiş Ərəb Əmirlikləri ordusunda xidmət edib. Birləşmiş Ərəb Əmirlikləri son vaxtlar kosmos tədqiqatlarını sürətləndirib. Ölkə 2021-ci ildə Marsa, keçən il isə Aya pilotsuz kosmik gəmi göndərib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR