• Bakı 16° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Süleyman Soylu Azərbaycana təşəkkür etdi

DÜNYA

29 May 2023 | 09:53

Süleyman Soylu Azərbaycana təşəkkür etdi

Can Azərbaycana burdan salamlar. Allah onlardan razı olsun.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyədə seçkilərin nəticələri ilə bağlı yerli mediaya açıqlamasında deyib.

O, Türkiyə Cümhuriyyətinin 100-cü il dönümünün bütün türk dünyasının bayramı olduğunu bildirib:

“Başda Cənab İlham Əliyev olmaqla, bütün Azərbaycana, hörmətli dövlət başçısına, ordakı bütün dostlarımıza - hər kəsə burdan sevgilərimizi çatdırırıq. Qardaşlıq nəyi gərəkdirirdisə, bu günə qədər onu etdilər. Bu gündən sonra yeni bir yolçuluq başlayır. Dünyaya birlikdə deyə biləcəyimiz sözlərimiz var: Nəyi bacardığımızı bilirik! Allah millətimizin, hamımızın yardımçısı olsun! Türkiyənin 100 illiyi sadəcə Anadoluya aid yüzillik deyil. Türkiyə yüzilliyi Azərbaycana, türk dövlətlərinə aid yüzillikdir. Müsəlman dünyasının, qurbanların və məzlumların, nəfəs gözləyən insanlığın yüz ilidir”.

Qeyd edək ki, Türkiyədə ötən gün baş tutan prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan qalib gəlib.


SON XƏBƏRLƏR