• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyənin valyuta ehtiyatları rekord həddə ARTDI

DÜNYA

27 Iyun 2023 | 23:38

Türkiyənin valyuta ehtiyatları rekord həddə ARTDI

Son bir həftə ərzində Türkiyənin beynəlxalq valyuta ehtiyatlarının artımı 8,5 milyard dollar təşkil edib ki, bu da ölkə tarixində rekord hədd sayılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin maliyyə naziri Mehmet Şimşək tviterdə bildirib.

M.Şimşek qeyd edib ki, ölkə hakimiyyəti valyuta ehtiyatlarının artırılması istiqamətində işləri sürətləndirəcək.

"Ölkə tədricən rasional iqtisadi siyasətə qayıdacaq və ehtiyatların gücləndirilməsi üçün əlavə xarici mənbələrin təmin edilməsi istiqamətində fəal iş aparacaq. Bundan əlavə, türk lirəsinə əsaslanan investisiyaların cəlb edilməsi üçün tədbirlər görüləcək", - türkiyəli nazir əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026