• Bakı 20° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Putin Zimbabve prezidentinə helikopter hədiyyə etdi

DÜNYA

27 Iyul 2023 | 21:35 | Müəllif: Subhan Mahmudov

Putin Zimbabve prezidentinə helikopter hədiyyə etdi

Rusiya prezidenti Vladimir Putin zimbabveli həmkarı Emmerson Mnanqaqvaya helikopter hədiyyə edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Afrika Respublikasının İnformasiya Nazirliyi məlumat yayıb.

“Zati-aliləri Prezident Putin Zati-aliləri Prezident Mnanqaqvaya prezident helikopteri hədiyyə etdi və bu helikopter tezliklə Zimbabveyə təhvil veriləcək”, - nazirliyin “Twitter” səhifəsində yazıb. Bundan əvvəl Putin və Mnanqaqva Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammiti çərçivəsində görüşüblər.

Zimbabvenin xarici işlər və beynəlxalq ticarət naziri Frederik Şava TASS-a bildirib ki, Afrika ölkəsi Rusiya istehsalı olan əlavə helikopterlər almağı düşünür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026