Rusiya Afrika qitəsində yeni səfirliklərin açılması ilə bağlı danışıqlar aparır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz Afrika qitəsində daha çox Rusiya səfirliyi açmağı planlaşdırırıq. Hazırda bu məsələ ilə bağlı danışıqlar aparırıq”, - Zaxarova bildirib.
















