• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ərdoğanla Mahmud Abbas arasında telefon danışığı oldu

DÜNYA

27 Iyun 2023 | 22:44

Ərdoğanla Mahmud Abbas arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Ərdoğan Qurban bayramının bütün Fələstin xalqı və İslam Dünyası üçün xeyirli olmasını arzulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan İordan çayının qərb sahilində baş verən son hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbr diləyib.

Bundan əlavə, Türkiyə lideri ölkəsinin Əl-Əqsa məscidinin statusuna xələl gətirə biləcək addımlara qarşı olacağını və Fələstin xalqının davasına dəstəyini davam etdirəcəyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026