• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

İzmirdə mübahisə edənlər silaha əl atdılar: Yaralılar var

DÜNYA

29 May 2023 | 03:36

İzmirdə mübahisə edənlər silaha əl atdılar: Yaralılar var

İzmirdə silahlı insident baş verib.

Bakıvaxtı.az "HaberGlobal"!a istinadla xəbər verir ki, hadisə Konak rayonunda qeydə alınıb. Belə ki, iki qrup arasında başlayan mübahisə silahlı insidentə çevrilib. Hadisə nəticəsində beş nəfər yaralanıb, onlardan biri ağırdır. 

Yaralılar təcili yardımla Bozyaka Təhsil və Araşdırma Xəstəxanasına, İzmir Katip Çələbi Universiteti Atatürk Təhsil və Araşdırma Xəstəxanasına, Dokuz Eylül Universiteti Araşdırma və Tətbiq Xəstəxanasına aparılıb.

Yaralıların yaxınları xəstəxanaların qarşısına toplaşdıqdan sonra polis təhlükəsizlik tədbirləri görüb.

Murad Məmmədli


SON XƏBƏRLƏR

25 Aprel 2024