Labrador bələdçi iti "Castin" dörd il ərzində hər dərsini müşayiət etdiyi sahibi ilə birlikdə diplom aldı.
Bakıvaxtı.az xəbər verir ki, Castin ABŞ-ın Nyu Cersi ştatında müəllim işləyən sahibi Qreys Marianini hər dərsdə müşayiət edirdi. Castinin fədakarlığı Seton Hall Universitetinin diplomu ilə mükafatlandırıldı.
Universitetin prezidenti Cozef Nyre məzuniyyət mərasimində Castinə diplomunu şəxsən təqdim edib. Səhnədə olmaqdan məmnun görünən Castin sənədini ağzı ilə götürməzdən əvvəl diqqətlə burnunu çəkdi. Bu anlarda onun yanında öz diplomunu gözləyən sahibi Mariani də var idi.
Ay Tac