• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Liya Bayramovaya vəzifə verildi

SİYASƏT

05 Oktyabr 2026 | 14:57 | Müəllif: Əli Hüseynov

Liya Bayramovaya vəzifə verildi

Azərbaycan İnvestisiya Holdinqində (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Liya Bayramovadır.

O, jurnalistikada 25 ildən çox təcrübəyə malikdir, vaxtilə Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışıb, hazırda isə CBC TV-də yayımlanan "Dayanıqlılıq və inkişaf" proqramının müəllifi və aparıcısıdır.

L.Bayramova şöbə müdiri vəzifəsində Leyla Sarabini əvəz edib. O, holdinqin idarəetməsində olan "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-yə təyinat alıb.

AİH Prezident İlham Əliyevin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılıb, onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026