• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Qazanan Türkiyədir - Ərdoğan

DÜNYA

29 May 2023 | 01:21

Qazanan Türkiyədir - Ərdoğan

""Türk Əsri"ni birlikdə qurmağa və yaşatmağa davam edirik".

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda qələbəsi mnasibətilə Prezident Külliyesində etdiyi çıxışında deyib.

Ərdoğan qeyd edib ki, millət daha 5 il Prezidentliyi ona həvalə edib: "Bizi ölkəni idarə etmək məsuliyyətinə layiq edən millətimin hər bir üzvünə minnətdarlığımı bildirmək istəyirəm. Mayın 14-də və ya 28-də hansı partiyanı, hansı namizədi seçməsindən asılı olmayaraq, daxildə və xaricdə seçkiyə gedərək iradəsini müdafiə edən hər bir vətəndaşa təşəkkür edirəm".

Ərdoğan bildirib ki, milləti seçkilərin ilk turunda Türkiyə Böyük Millət Məclisinin əksəriyyətini "Cümhur" İttifaqına verməklə qanunvericiliyə üstünlük verdiyini artıq nümayiş etdirdi: "Qalib tək biz deyilik, qalib Türkiyədir. Hər fürsətdə deyirdik ki, biz qalib gələndə ölkəmizdə heç kim uduzmayacaq. Eləcə də dedik ki, biz qalib gələndə ancaq uduzan ölkəmiz və onların aparatları ilə bağlı çirkin ssenarilərin sahibləri, terror təşkilatları və sələmçilər olacaq. Burada bir daha eyni vədi veririk. Bu gün heç kim itirməyib".

Murad Məmmədli


SON XƏBƏRLƏR

21 Oktyabr 2024