ABŞ-ın Missisipi ştatının mərkəzi Cekson şəhərində əsl su böhranı yaşanır.
Bakıvaxtı.az xəbər verir ki, sutəmizləyici qurğular güclü yağış və daşqınlardan sonra sıradan çıxıb. ABŞ Prezidenti Co Bayden şəhərdə fövqəladə vəziyyət elan edib.
150 mindən çox insan içməli susuz qalıb.
Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi su problemlərini daha da artıracaq, çünki ekstremal hava dəyişikliyi intensiv daşqınlara və quraqlığa səbəb olur.
















