ABŞ Milli Qasırğa Mərkəzinin verdiyi açıqlamaya görə, İan qasırğası yerli vaxtla saat 14:05 radələrində Cənubi Karolina ştatının Corctaun şəhəri yaxınlığında quruya çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bildirilir ki, Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriya səviyyəsində olan “İan” qasırğası artıq saatda 140 kilometr sürətlə əsən güclü külək və yağışlarla bölgədə daşqın və dağıntılara səbəb olub.
Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster qasırğada hələlik heç bir insan itkisinin olmadığını, lakin həyati təhlükənin davam etdiyinə görə vətəndaşların diqqətli olması barədə xəbərdarlıq edib. Səlahiyyətlilər bölgədə aşan ağacların və yolların su altında qaldığını, 69 min insanın elektrik enerjisindən məhrum olduğunu bildirib. Bildirilir ki, ölkə üzrə evlərini tərk etmiş vətəndaşlar üçün 5 sığınacaq yaradılıb.
Qeyd edək ki, “Ian” qasırğası ötən çərşənbə axşamı Kubanı, çərşənbə günü isə ABŞ-ın Florida ştatını vurmuşdu.
"İan" qasırğasının bu gün və şənbə günü ölkə daxilində hərəkətini davam etdirərək, Corciya və ABŞ-ın digər cənub ştatlarına təsir edəcəyi gözlənilir.
Aytac Aslan
















