Rəsmi Vaşinqton Avstraliyanın Darvin şəhərinin cənubunda yerləşən Tindal aviabazasında B-52 bombardmançı təyyarələri yerləşdirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ hərbi-hava qüvvələri (HHQ) məlumat yayıb.
Bu təyyarələr nüvə silahı daşıya bilir və bu səbəbdən aviabazada xüsusi tikinti işləri aparılır.
Qeyd olunub ki, ABŞ HHQ məxsus bombardmançı təyyarələrin Avstraliyada yerləşdirilməsi rəqibləriə təhlükəli aviasiyanı genişləndirmək imkanları barədə ciddi siqnaldır.
"Təyyarələrin yerləşdirilməsi üçün tikinti işləri 2026-cı ildə yekunlaşacaq və Tindal aviabazasının genişləndirilməsi 100 milyon dollara başa gələcək", - deyə məlumatda bildirilir.
İsmayıl Alısoy
















