• Bakı 10° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ər-Riyadda yeni hava limanı tikiləcək

DÜNYA

29 Noyabr 2022 | 22:27 | Müəllif: Subhan Mahmudov

Ər-Riyadda yeni hava limanı tikiləcək

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman paytaxt Ər-Riyadda Kral Salmanın adına yeni Beynəlxalq Hava Limanının tikintisinə başlanıldığı elan edib.

Bakıvaxtı.az report.az-a istinadən xəbər verir ki, bu barədə "Akhbar al-Saudiya" xəbər portalı məlumat yayıb.

Bildirilib ki, bu, dünyanın ən böyük hava limanlarından biri olacaq və təxminən, 57 kvadrat kilometr ərazini əhatə edəcək. Buraya 6 uçuş zolağı, həmçinin ən yaxşı innovativ standartlara uyğun dizayn edilmiş və ölkənin mədəniyyətini əks etdirən yaşayış və əyləncə obyektləri daxil olacaq.

Hava limanının 2030-cu ilədək 120 milyon sərnişin, 2050-ci ilə qədər isə 185 milyon sərnişin və 3,5 milyon tona qədər yük qəbul edəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR