• Bakı 12° C

    0.67 m/s

İran bu gecə təlimlərə başlayır

DÜNYA

29 Dekabr 2022 | 19:40 | Müəllif: Subhan Mahmudov

İran bu gecə təlimlərə başlayır

İran Hind okeanının şimal hissəsində təlimlər keçirməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu bəyanatla İran admiralı Həbibullah Siyari çıxış edib.

Hörmüz boğazının şərq hissəsində, Hind okeanının şimal hissəsində keçiriləcək "Zülfüqar 1401" təlimi bu gecə başlayacaq.

Təlimlərdə dəniz qüvvələri ilə yanaşı, quru qoşunlarının müxtəlif hissələri iştirak edəcək, hava hücumundan müdafiə sistemləri və strateji bombardmançı təyyarələr iştirak edəcək.

Admiral təlimin məqsədinin İran Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin birgə əməliyyatlarının planlaşdırılması olduğunu bildirib.

Bundan əvvəlki dəniz təlimləri oktyabrın 12-də Omanla birgə keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026