• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pislədi

DÜNYA

28 Yanvar 2023 | 17:37

Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pislədi

Türkmənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkmənistan XİN-in məlumatında deyilir.

“Türkmənistan diplomatik nümayəndəliklərə hücumların və diplomatik missiyaların əməkdaşlarına qarşı hər hansı zorakılığın yolverilməz olduğunu bəyan edir”, - məlumatda qeyd edilib.

Türkmənistan XİN həlak olanın ailəsinə başsağlığı verib, həmçinin Azərbaycanın İrandakı səfirliyinin xəsarət almış əməkdaşlarına şəfa diləyib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.


SON XƏBƏRLƏR