Suriyanın Hələb əyalətində 5,2 maqnitudada zəlzələ baş verib.
Bakıvaxtı.az SANA-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın Seysmoloji Mərkəzindən bildirilib.
Məlumata görə, yeraltı təkanlar əyalətin mərkəzi Hələb şəhərindən 239 km şimal-şərqdə qeydə alınıb.
















