• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gecə klubunda əlbəyaxa dava - İki hərbçi yaralandı

DÜNYA

29 Mart 2023 | 13:08

Gecə klubunda əlbəyaxa dava - İki hərbçi yaralandı

İrəvanda “Music hall” adlı gecə klubunda martın 29-da ziyarətçilərlə mühafizəçilər arasında mübahisə zəminində düşən əlbəyaxa dava-dalaş nəticəsində Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli iki zabiti də yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Shamshyan” məlumat yayıb.

Bildirilib ki, yaralananların hər ikisi Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin zabitləridir. Onlardan birinin adı açıqlanıb. Bu, Hərbi Polisin İrəvan qarnizonunun cinayət-axtarış bölməsinin rəisi, 36 yaşlı Qriqori Ovannisyandır.

Məlumata görə, hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hospitala yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026