ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi "Şigella" bakteriyasının antibiotiklərə davamlı variantları ilə bağlı xəbərdarlıq edib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, mərkəzdən verilən açıqlamada "Şigella" bakteriyasının dərmana davamlı variantları üçün məhdud antimikrobiyal terapiyanın olduğu vurğulanıb.
Bildirilib ki, bakteriya asanlıqla insandan insana təmas, qida və ya su yolu ilə yoluxa bilər.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, "Şigella" hər il ölkədə təxminən 450,000 yoluxmaya səbəb olur.
Məlumdur ki, yoluxmuş insanlar adətən müalicəyə ehtiyac duymadan sağalırlar, lakin başqa xəstəlikləri olanların antibiotiklərlə müalicəsi tələb oluna bilər. CDC xəbərdarlıq edir ki, "Şigella" üçün antimikrobiyal terapiya "XDR" variantı ilə məhdudlaşır.
Ay Tac











jpg-1680069457.webp)


