• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hökumət istefa verdi

DÜNYA

29 Mart 2023 | 09:55

Hökumət istefa verdi

Qazaxıstan Baş naziri Əlixan Smayilovun başçılıq etdiyi hökumət istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ölkə konstitusiyasına əsasən Nazirlər Kabineti Qazaxıstan Parlamentinin Aşağı Palatası (Məclisinin) qarşısında öz səlahiyyətlərindən imtina edib və qanunvericiliyə əsasən ölkə prezidenti yeni Baş nazirin namizədliyini Məclisdə baxılması üçün təqdim edəcək.

Qeyd edək ki, yeni Baş nazirin təyinatı yalnız irəli sürülən namizəd deputatlar tərəfindən təsdiqləndikdən sonra həyata keçiriləcək.

Bundan sonrakı növbəti addım isə hökumət nümayəndələrinin təyinatı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026