İzmirdə yaşayış kompleksində güclü yanğın olub.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki. hadisə dünən saat 22:00 radələrində Narlıdere rayonu, Yenikale məhəlləsində qeydə alınıb. Belə ki, 4 blokdan ibarət 8 mərtəbəli Folkart Kompleksinin 3-cü məhəlləsində yanğın baş verib.
Sahənin xarici üzlüyünün taxta olması alovun qısa müddətdə böyüməsinə səbəb olub.
Yanğın qruplar tərəfindən 7 saat sonra çətinliklə nəzarətə götürülüb. Yanğının səbəbləri araşdırılır.
Məlumata görə, yanğın nəticəsində 6 nəfər tüstüdən zəhərlənib,
Murad Məmmədli




















