• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Gürcüstanın aviaşirkəti prezidenti qara siyahıya saldı

DÜNYA

27 May 2023 | 22:09 | Müəllif: Subhan Mahmudov

Gürcüstanın aviaşirkəti prezidenti qara siyahıya saldı

Gürcüstan Hava Yolları ölkə Prezidenti Salome Zurabişvilini persona non qrata elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın “Georgian Airways” milli aviaşirkətinin rəhbəri Tamaz Qayaşvili danışıb.

O söyləyib ki, ölkə başçısı şirkətin təyyarələrinə buraxılmayacaq.

Qeyd edək ki, bir gün öncə Zurabişvili Moskvaya birbaşa uçuşlar başlamaq qərarına görə aviaşirkəti boykot etdiyini açıqlayıb. Dövlət başçısı bütün vətəndaşları onun boykotuna qoşulmağa və bu aviaşirkətin xidmətlərindən imtina etməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026