• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu ölkə Rusiya qazını dünyada ən aşağı qiymətə alacaq

DÜNYA

26 Iyun 2023 | 19:46

Bu ölkə Rusiya qazını dünyada ən aşağı qiymətə alacaq

“Belarus 2031-ci ilə qədər Rusiya qazını dünyada ən aşağı qiymətə alacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Belarusun Rusiyadakı səfiri Dmitriy Krutoy bildirib.

Onun sözlərinə görə, belə bir qərarı Rusiya Prezidenti Vladimir Putin qəbul edib: “Vladimir Putinin qərarı var ki, Belarus “Qazprom” ilə 2031-ci ilə qədər uzunmüddətli müqaviləyə əsasən üçüncü ölkələr üçün dünyada ən aşağı qaz qiymətinə malikdir”.

Qeyd olunub ki, dekabr ayına qədər Rusiya və Belarus prezidentlərinə iki ölkə arasında qazın qiymətinin hesablanması düsturunun yaxınlaşması metodologiyası təqdim olunacaq.

Səfir bildirib ki, qaz bazarı üzrə saziş imzalandıqdan az sonra Moskva və Minsk ümumi elektrik enerjisi bazarı haqqında saziş bağlaya bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026