• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Macarıstan Prezidenti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pislədi

DÜNYA

28 Yanvar 2023 | 18:34

Macarıstan Prezidenti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pislədi

Macarıstan Prezidenti Katalin Novak Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə şənbə günü K.Novak özünün "Twitter" səhifəsində yazıb.

"Diplomatik missiyalara və onların əməkdaşlarına edilən istənilən hücumu qətiyyətlə pisləyirəm. Azərbaycana və bu ölkənin İrandakı səfirliyinə dəhşətli hücum zamanı həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verirəm", - deyə Macarıstan Prezidenti bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.


SON XƏBƏRLƏR

28 Mart 2024