Knesset (İsrail parlamenti) cümə axşamı günü 1 noyabr seçkilərinin nəticələrinə əsasən Likud partiyasının lideri Benyamin Netanyahunun qurduğu hökumətə etimad göstərib.
Bakıvaxtı.az İsrailin "Kan" telekanalına istinadla xəbər verir ki, elektron səsvermə zamanı 120 deputatdan 63-ü yeni Nazirlər Kabinetinə etimad göstərilməsinin lehinə, 54-ü əleyhinə səs verib.
Benyamin Netanyahu artıq İsrailin yeni baş naziri kimi and içib.







jpg-1674923114.webp)








