• Bakı 25° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

ABŞ Çinlə müharibəyə başlayır

DÜNYA

28 Yanvar 2023 | 21:04

ABŞ Çinlə müharibəyə başlayır

ABŞ Hərbi Hava Qüvvələrinin aparıcı generallarından biri olan Mayk Minihan tabeliyində olan əsgərlərə tezliklə Çinlə müharibəyə girə biləcəklərini bildirib.

Bakıvaxtı.az  xarici KİV-ə istinadən xəbər verir ki, general Vaşinqton və Pekinin iki il ərzində Tayvan üzərində döyüşə biləcəyini vurğulayıb.

"Ümid edirəm ki, yanılıram. İnstinktlərim mənə 2025-ci ildə mübarizə aparacağımızı deyir", - o bildirib.

O qeyd edib ki, 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərinin ölkənin diqqətini yayındıracağını və Çin liderinin bundan istifadə edərək 2025-ci ildə hərəkətə keçə biləcəyini iddia edib.


SON XƏBƏRLƏR

02 Iyul 2025