• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyaya xidmət edən ukraynalılar saxlanıldı

DÜNYA

27 Fevral 2023 | 19:32 | Müəllif: Subhan Mahmudov

Rusiyaya xidmət edən ukraynalılar saxlanıldı

Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları Xersonun işğalı zamanı fəaliyyət göstərən Rusiya zindanının dörd keçmiş rəhbərini saxlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, azad edilmiş Xersonda stabilləşdirmə tədbirləri zamanı 4 xain əməkdaş ifşa edilib:

“Saxlanılanlar arasında şəhərin müvəqqəti işğalı zamanı rus işğalçılarına dəstək verən yerli cəzaçəkmə müəssisəsinin keçmiş rəis müavini də var. Bu cəzaçəkmə müəssisəsi ələ keçirildikdən sonra o, könüllü olaraq düşmənlə əməkdaşlığa razılıq verib və işğalçıların yaratdığı “Xerson vilayəti üzrə penitensiar xidmət idarəsi”nin rəhbərliyinə qoşulmağa razılaşıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026