• Bakı 16° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

MAQATE rəhbəri yaxın günlərdə Tehrana gedəcək

DÜNYA

27 Fevral 2023 | 19:16 | Müəllif: Subhan Mahmudov

MAQATE rəhbəri yaxın günlərdə Tehrana gedəcək

Birləşmiş Millətlər Təşkilatı çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın vaxtlarda Tehrana gedəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Milli Atom Enerjisi Təşkilatının rəhbəri Behruz Kamalvəndi məlumat verib.

“Son bir neçə gündə biz MAQATE-nin direktor müavini Massimo Aparonun başçılıq etdiyi nümayəndə heyəti ilə perspektivli danışıqlar apardıq və Qrossinin İrana gözlənilən səfərini müzakirə etdik”, - Kamalvəndi bildirib.

Bu, ötən həftə Qərb mətbuatında çıxan yazılardan sonra MAQATE rəhbərinin İrana ilk səfəri olacaq. Onların fikrincə, İran nüvə silahının yaradılmasına yaxınlaşaraq uranın zənginləşdirilməsinin həcmini kəskin şəkildə artırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026