• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

İran ərəbləri Azərbaycana dəstək verdi

DÜNYA

28 Yanvar 2023 | 19:58

İran ərəbləri Azərbaycana dəstək verdi

Beynəlxalq ictimaiyyət molla rejiminin cinayətlərinin qarşısını almaq üçün lazimi addımları atmasa, daha böyük cinayətlərin şahidi olacağıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran ərəblərinin Əhvaz Xalq Demokratik Cəbhəsinin sözçüsü Mənsur Əl-Əhvazi Azərbaycan səfirliyinə silahlı hücuma münasibət bildirərkən deyib.

O, İran hökumətinin xarici ölkə səfirliklərinə hücumlar təşkil etməkdə “böyük ənənəsi” olduğunu qeyd edib.

Azərbaycan səfirliyinə hücumu xüsusi vurğulayan partiya sözçüsü bu terror hadisəsinə görə beynəlxalq ictimaiyyət və təşkilatları Tehran rejiminə qarşı gərəkli addımlar görməyə çağırıb. /Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026