• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Braziliyadan səfirliyimizə hücuma REAKSİYA

DÜNYA

28 Yanvar 2023 | 20:55

Braziliyadan səfirliyimizə hücuma REAKSİYA

Braziliya hökuməti yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum xəbərini narahatlıqla qarşılayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şənbə günü Braziliyanın Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Braziliya beynəlxalq hüquq çərçivəsində diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini və onların obyektlərinin qorunması imperativini xatırladır. Braziliya hökuməti Azərbaycan hökuməti və xalqı, eləcə də hücum nəticəsind həlak olan şəxsin ailəsi ilə həmrəy olduğunu bildirir", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.


SON XƏBƏRLƏR

24 Aprel 2024