• Bakı 18° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Özbəkistan İrandakı səfirliyimizə hücumu pislədi

DÜNYA

28 Yanvar 2023 | 21:13

Özbəkistan İrandakı səfirliyimizə hücumu pislədi

Özbəkistan Xarici İşlər Nazirliyi 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şənbə günü Özbəkistan XİN-in açıqlamasında deyilir.

"Ölən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik.

Ümid edirik ki, bu hadisə hərtərəfli araşdırıldıqdan sonra bütün günahkarlar məsuliyyətə cəlb olunacaqlar", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.


SON XƏBƏRLƏR